hamidan gozel menem

  • buradan


    Açdı gül, gün oyandı hər tərəf al boyandı
    Dərdimdən neçə oğlan yanar oda qalandı
    Mən Güləm gül üzüm, yarım heç zaman solmaz
    Mənim kimi gözəli belə sevməmək olmaz
    Yarım sevməmək olmaz!

    Dağlarda qar sevərlər, ağacda bar sevərlər
    Özünə çox güvənmə üstünə yar sevərlər.
    Mən Güləm gül üzüm, yarım heç zaman solmaz
    Mənim kimi gözəli belə sevməmək olmaz
    Yarım sevməmək olmaz!

    Dağ döşündən aşmıram küsmüşəm barışmıram
    Hamıdan gözəl mənəm , lakin heç danışmıram
    Mən Güləm gül üzüm, yarım heç zaman solmaz
    Mənim kimi gözəli belə sevməmək olmaz
    Yarım sevməmək olmaz!